Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni dərs iliniz mübarək olsun, əziz şagird və müəllimlər, hörmətli valideynlər!

16 sentyabr 2024 | 13:04
2024-2025-ci tədris ili üçün Şəmkir rayonunun ümumi təhsil müəssisələrində ilk zəng çalınıb.
İlk dərs günü münasibətilə keçirilən tədbirlərdə Şəmkir Rayon İcra Hakimiyyətinin əməkdaşları da iştirak ediblər.
Təhsil müəssisələrinin valideyn, müəllim və şagird kollektivlərini yeni dərs ilinin başlaması münasibəti ilə təbrik edərək bildirib ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş təhsil islahatı bu gün Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir, ölkəmizdə, o cümlədən Şəmkir rayonunda müasir tələblərə tam cavab verən yeni təhsil müəssisələri yaradılır.
Sonda məktəbin ibtidai sinif şagirdlərinin ifasında musiqilər, səhnəciklər təqdim olunub və yeni dərs ilinə start verilib.
Qeyd edək ki, rayonun təhsil müəssisələrinin II-XI siniflərində ilk dərs “Yaşıl dünya naminə həmrəylik” mövzusuna həsr olunub. Bu gün ümumilikdə Azərbaycanda 133 mindən artıq şagird birinci sinfə gedir.
Bir daha bütün müəllim və şagirdləri, valideynləri yeni dərs ilinin başlanması münasibətilə təbrik edirik!

 

Keçidlər