Yel çərşənbəsi Düyərli kənd sakinləri ilə qeyd olundu
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev Yel çərşənbəsini Düyərli kəndində sakinlərlə birgə qeyd edib.
Bayram şənliyinin keçirildiyi ərazi mili xalçalar, tarixi və novruz adət-ənənələrimizə aid guşələr, boyanmış yumurta, şəkərbura, paxlava və digər şirniyyatlarla bəzədilib.
İcra başçısı bayram tonqalını alovlandırıb, milli varlığımızı və ulu babalarımızın mənəvi aləminin zənginliyini özündə cəmləyən Novruz bayramı münasibətilə sakinləri təbrik edib, ən xoş arzularını çatdırıb.
Tədbirdə qonaqlar üçün yerli mədəniyyət işçiləri tərəfindən milli musiqilər səsləndirilib, məktəblilər tərəfindən hazırlanan Novruzun ruhuna uyğun müxtəlif əyləncəli səhnəciklər, rəqslər və musiqili ədəbi-bədii kompozisiyalar təqdim olunub.






