Şriftin ölçüsü :

Saytın rəngi :

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Şəmkirdə növbəti ağacəkmə aksiyasında daha 4000 ağac əkildi

23 oktyabr 2024 | 10:10
Şəmkir rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir.
Bu gün Şəmkir Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə növbəti ağacəkmə aksiyası keçirildi.
RİH başçısı Rəşad Tağıyevin də iştirak etdiyi aksiya çərçivəsində əvəllcədən müəyyən edilmiş ərazilərə torpaq-iqlim şəraitinə uyğun daha 4000 ədəd şam, çinar və göyrüş ağacları əkilib, əkilən ağacların suvarılması təmin edilib, küləkdən qorunması üçün qoruyucu dirəklər basdırılıb.
Qeyd edək ki, Şəmkirdə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ötən həftə keçirilən aksiyada 3500 ədəd ağac əkilmişdi. Aksiyanın oktyabr ayının sonunadək davam etdirilməsi nəzərdə tutulur. Rayon ərazisində yaşıllıqların daha da artırılması məqsədilə mövsüm ərzində ümumilikdə 14 min şam, görüş və çinar ağaclarının əkilməsi planlaşdırılır.
Onu da qeyd edək ki, ağacəkmə aksiyalarının keçirildiyi ərazilərin nəzarətdə saxlanılması, əkilmiş ağaclara mütəmadi qulluq göstərilməsi üçün müvafiq tədbirlər bundan sonra davam etdiriləcək.
Keçidlər