Şriftin ölçüsü :

Saytın rəngi :

YAP-ın təsis olunmasının 34-cü ildönümü münasibətilə ağacəkmə aksiyası keçirildi

18 noyabr 2026 | 10:21
Yeni Azərbaycan Partiyasının (YAP) təsis olunmasının 34-cü ildönümü münasibətilə Şəmkir rayon İcra Hakimiyyəti və YAP Şəmkir rayon təşkilatının birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirildi.
Şəhidlər Xiyabanının ərazisində təşkil olunan aksiyada Şəmkir RİH başçısı Rəşad Tağıyev, YAP Şəmkir rayon təşkilatının sədri Zamir Güvəndiyev, icra hakimiyyətinin əməkdaşları və partiya fəalları iştirak etdilər.
Aksiya çərçivəsində ərazidə müxtəlif növ 200 ədəd ağac əkildi. Bununla yanaşı, ağacəkmə işlərinin aparıldığı sahələrdə təmizlik və abadlıq işləri görülüb, mövcud yaşıllıqlara aqrotexniki qulluq göstərildi.
Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının 34 illik fəaliyyəti ərzində ölkəmizin ictimai-siyasi həyatında mühüm rol oynayan təşəbbüslərdən biri də ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın qorunması və yaşıllıqların artırılması istiqamətində həyata keçirilən tədbirlərdir. Şəmkirdə keçirilən ağacəkmə aksiyası da bu məqsədlərə töhfə verməklə yanaşı, ictimai həmrəyliyin və sosial məsuliyyətin təşviqinə xidmət edir.
Keçidlər