Şriftin ölçüsü :

Saytın rəngi :

YAP-ın təsis edilməsinin 31 illiyi ilə əlaqədar Şəmkirdə ağacəkmə aksiyası keçirilib

22 noyabr 2023 | 10:15
Noyabrın 21-də Şəmkirdə Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 31 illik yubileyi ilə əlaqədar olaraq YAP Şəmkir rayon təşkilatı tərəfindən ağacəkmə aksiyası keçirilib.
Aksiyada Şəmkir şəhərində yerləşən Şəhidlər Xiyabanının ərazisinə 100-ə yaxın ağac əkilib.
Ağacəkmə aksiyasında Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, təşkilatın əməkdaşları, ərazi partiya təşkilatının sədrləri, veteranları və partiyanın fəalları iştirak ediblər.
Tədbirdə çıxış edən Rəşad Tağıyev 31 il öncə Azərbaycanda mövcud ağır durumun yeni bir siyasi təşkilatın yaranması zərurətini ortaya qoyduğunu qeyd edib. Vurğulayıb ki, bu məqsədlə Azərbaycanın bir qrup qabaqcıl ziyalısının xalqın iradəsini ifadə edən müraciətinə cavab olaraq ulu öndər Heydər Əliyev YAP-ın yaradılmasına razılıq verdi .
İcra başçısı bildirib ki, Ümummilli lider Heydər Əliyevin rəhbərliyi və ideyaları əsasında qurulan Yeni Azərbaycan Partiyasının 31 illik inkişaf tarixi göstərdi ki, partiyanı yaradanlar, bu partiyanın təməl daşını qoyanlar yeni müstəqil dövlətimizin siyasi-iqtisadi, sosial-mədəni inkişafının istiqamətini müəyyən etməklə öz seçimlərində yanılmayıblar. Ona görədir ki, təsis edilməsinin 31-ci ildönümünü ölkə tarixinin ən şanlı günlərində qeyd edir.
YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev partiyanın yaranma tarixindən, keçdiyi şərəfli yoldan, gələcək hədəflərdən danışıb. O bildirib ki, YAP yarandıqdan 6 ay sonra iqtidar partiyasına çevrilib. Bu hadisənin özü xalqın Ümummilli lider Heydər Əliyevə inam və etimadını ifadə edən mühüm faktdır.
Tədbirin sonunda xatirə fotosu çəkilib.
Keçidlər