Şriftin ölçüsü :

Saytın rəngi :

Xüsusi dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramı qeyd olunub

24 avqust 2022 | 10:13
Avqustun 23-ü Azərbaycan Respublikasında xüsusi dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramı günüdür.
Bu münasibətlə Şəmkir rayonunda keçirilən tədbirdə RİH başçısı Rəşad Tağıyev, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Şəmkir regional şöbəsinin rəhbər heyəti və kollektivi əvvəlcə Şəmkir şəhərinin mərkəzində yerləşən Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoyublar.
Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşları peşə bayramı münasibətilə təbrik edən Rəşad Tağıyev bildirib ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin xalqın tələbi ilə 1993-cü il iyunun 15-də siyasi hakimiyyətə qayıdışı ilə ölkəmizdə xüsusi dövlət mühafizəsi sahəsində də yeni mərhələ başlayıb. Bu sistemin fəaliyyətində ən uğurlu və parlaq səhifələr məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.
İcra başçısı qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin ölkəmizdə xüsusi mühafizə sisteminə diqqət və qayğı siyasətinin Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində bu sahə sürətlə inkişaf edib: “Bu gün Şəmkir rayonunun ərazisində də çoxsaylı strateji obyektlər yerləşir, rayonumuzdan ölkəmiz üçün xüsusi əhəmiyyətə malik kəmərlər keçir. Əminəm ki, bundan sonra da Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Şəmkir regional şöbəsinin əməkdaşları nümunəvi xidmətləri ilə dövlət başçımızın onlara göstərdiyi etimadı ən yüksək səviyyədə doğrultmağa çalışacaq, strateji obyektlərimizin təhlükəsizliyinin təmin olunmasına mühüm töhfələr verəcəklər”.
Tədbirin sonunda Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Şəmkir regional şöbəsinin 3 nəfər xidmətdə fərqlənən əməkdaşı Şəmkir Rayon İcra Hakimiyyəti başçısının “Fəxri Fərman”ı ilə mükafatlandırılıb.
Keçidlər