Xidmətdə fərqlənən polis əməkdaşalarına Fəxri Fərmanlar təqdim edilib.
03 iyul 2023 | 17:37
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev 2 İyul – Azərbaycan Polisi Günü münasibətilə Şəmkir rayonunda xidmətdə fərqlənən polis əməkdaşları ilə görüş keçirib.
İcra başçısı 105 illik yubiley münasibətilə onları təbrik edib, peşə həyatlarında uğurlar arzulayıb.
Azərbaycan polisinin çətin və məsuliyyətli fəaliyyəti barədə danışan Rəşad Tağıyev bildirib ki, ölkəmizdə mövcud olan ictimai-siyasi sabitlik respublikamızın müstəqillik tarixinin ən mühüm nailiyyətlərindən biridir. Ümummilli lider Heydər Əliyev tərəfindən daxili işlər orqanlarının fəaliyyəti daimi diqqətdə saxlanılmış, o cümlədən insan hüquq və azadlıqlarının həyata keçirilməsi mexanizmlərini tənzimləyən 34 qanun, 100-dən çox fərman və sərəncam imzalamışdır: “Ulu Öndərin bu səhədə siyasətini uğurla davam və inkişaf etdirən Prezident cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbacan polisi mütəşəkkil cinayətkarlığa, sabitlik üçün təhlükə doğuran zərərli meyillərə qarşı uğurlu mübarizə aparır, ictimai-siyasi, həmçinin kriminogen durum tam nəzarətə saxlanılır”.
Tədbirdə 2023-cü ildə xidmətdə fərqlənən polis əməkdaşlarına icra başçısının Fəxri Fərmanı təqdim edilib, xatirə fotosu çəkilib.
2 İyul – Azərbaycan Polisi Günü münasibətilə keçirilən tədbirlər çərçivəsində Şəmkir polisi Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüblər.
Şəmkir Polis Şöbəsində keçirilən tədbirin davamında rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilat rəhbərləri, veteran polis əməkdaşları iştirak ediblər.
Çıxış edənlər Azərbaycan Polisinin 105 illik fəaliyyəti barədə geniş məlumatlar verərək, onların keçdiyi şanlı tarixi yola nəzər salıblar.