Şriftin ölçüsü :

Saytın rəngi :

VI Ümumrespublika Forumunda Şəmkir rayonunu təmsil edəcək uşaqlar rayon İcra Hakimiyyətində qəbul edilib

21 noyabr 2024 | 17:13
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən uşaqların ictimai fəallığının artırılması və dövlət siyasətinin həyata keçirilməsində onların aktiv iştirakının təmin edilməsi məqsədilə 5 dekabr 2024-cü il tarixində Bakı şəhərində keçiriləcək “Uşaqlar və ekologiya” adlı Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunda Şəmkir rayonunu təmsil edəcək uşaqlarla rayon İcra Hakimiyyətində görüş keçirilib.
Rayon İcra Hakimiyyətinin başçısının müavini Abdullayeva Aynur ölkə əhəmiyyətli bu tədbirin əsas qayəsi barədə çıxış etməklə iştirakçılara məsuliyyətli olmağı, tədbirin gedişində aktiv iştirak etməyi, qazanılan təcrübəni həmyaşıdları arasında bölüşməyi tövsiyə edərək, iştirakçı vərəqələrini təqdim edib. Həmçinin onlara bilik və bacarıqlarının artırılması istiqamətində ölkəmizdə keçirilən COP29 mötəbər tədbirlə bağlı, Qarabağ torpaqlarında aparılan genişmiqyaslı quruculuq işləri ilə bağlı, eləcə də vətənpərvərlik və gənclər siyasəti barədə ətraflı məlumat verilmiş, ölkəmizdə təhsilə olan diqqət və qayğıdan söz açmışdır.
Qeyd edək ki, forumda rayonumuzu M.Füzuli adına və Morul şəhər tam orta məktəblərinin şagirdləri Mehriban Məmmədova və Aylin Hacıyeva təmsil edəcəklər.
Keçidlər