Vətəndaşların səyyar qəbulda qaldırdığı bu müraciət təmin edildi -2025
30 aprel 2025 | 15:30
Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Rəşad Tağıyevin rayonun İsgəndərli kəndində keçirdiyi səyyar qəbul zamanı sakinlər tərəfindən edilən müraciət müsbət həllini tapıb.
Belə ki, səyyar qəbulda sakinlərlə kəndin ümumi problemlərinin müzakirəsi zamanı onların istək və təkliflərindən biri kəndə gələn yolun təmir olunması olub.
Sakinlərimizin istəyi nəzərə alınaraq Şəmkir Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə bələdiyyə tərəfindən Kür qəsəbəsindən İsgəndərli kəndinə gedən yolda təmir-bərpa işləri aparılıb. Ağır texnika ilə yola qum-çınqıl döşənərək hamarlanıb, yolların ətrafı təmizlənib, su axınlarının yola zərər vurmaması üçün arxlar çəkilib.
Eyni zamanda Kür qəsəbəsinin daxili yollarında da bələdiyyə tərəfindən təmir-bərpa işləri görülüb.
Görülən işlərə görə kənd sakinləri təşəkkürlərini bildiriblər.
Onu da qeyd edək ki, səyyar qəbullar zamanı vətəndaşları narahat edən problemlər yerindəcə öyrənilir və tədbirlər müəyyənləşdirilir. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilir.