Şriftin ölçüsü :

Saytın rəngi :

Vətəndaşları bu müraciətləri təmin edildi

11 dekabr 2024 | 11:44

Şəmkir rayon İcra Hakimiyyəti başçısı Rəşad Tağıyevin Ağlavaşlı və Mahmudlu kəndlərində keçirdiyi səyyar qəbullar zamanı sakinlər tərəfindən edilən müraciət müsbət həllini tapıb. 
Belə ki, sakinlərlə kəndin ümumi problemlərinin müzakirəsi zamanı onların istək və təkliflərindən biri də kənddin bir hissəsində elektrik enerjisinin mütəmadi verilməsinə problem yaradan elektrik naqillərinin və bir neçə elektrik dirəklərinin dəyişdirilməsi, həmçinin ayrıcıların quraşdırılmasına könəklik göstərilməsi olub.
Sakinlərimizin istəyi nəzərə alınaraq aidiyyəti təşkilat rəhbərlərinə verilən müvafiq tapşırıqlara əsasən Ağlavaşlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin tərkibində olan Qaralarda 35/10 kV Qaracəmirli y/st-dan çıxan 10 kV-luq S/A-n Alabaşlı hava elektrik verilişi xəttindən qidalanan 250 kVA güc transformatoruna yeni 10 kV- luq xətt ayrıcısı quraşdırılmış və həmin transformatordan qidalanan elektrik uçot dastinda yaranmış mövcud çatışmamazlıq aradan qaldırılaraq müraciətlər tamin edilmişdir.
Eyni zamanda 35/10 kV Qaracamirli y/st-dan çıxan 10 kVluq Qılıncbəyli hava xəttindən qidalanan 400 kVA TM-n 04 kV rəfindən çıxan xətdən qidalanan binalara əlavə 56 metr ÖİN tipli kabel çəkilərək təhlükəsiz ərazi vasitəsilə elektrik enerjisinin verilməsi bərpa edilmişdir.
Mahmudlu kənd sakinlərinin müraciətinə əsasən isə 35/10 kV Yeniabad y/st-dan çıxan 10 kV-luq Mahmudlu hava xəttindan qidalanan, kənd sakinlərinə xidmət edən 100 kVA güc transformatoruna 2 ədəd 10 kV-luq xatt ayrıcıları quraşdırılmışdır.
Eyni zamanda Şamlıq deyilan ərazidə qurşadırılmış garginliyi normadan aşağı olan transformator ləğv edilmiş, mövcud abonentlər yaxınlıqdakı 160 kVA güc transformatorunun üzərinə köçürülərək müraciətçilərin şikayəti təmin edilmişdir.
Digər bir müraciət üzrə isə trassadan ayrılan hər budaqlanmaya 1 ədəd olmaqla 2 ədəd, 10 kV-luq xətt ayrıcısının quraşdırılması üçün isə əlavə 3 ədəd 10 kV-luq dayaq basdırılaraq xətt ayıcıları quraşdırılıb istismara verilmişdir.
Görülən işlərə görə kənd sakinləri təşəkkürlərini bildiriblər.
Onu da qeyd edək ki, səyyar qəbullar zamanı vətəndaşları narahat edən problemlər yerindəcə öyrənilir və tədbirlər müəyyənləşdirilir. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilir. 

Keçidlər