Şriftin ölçüsü :

Saytın rəngi :

“Uşaqlar bizim gələcəyimizdir”- Şəmkirdə uşaqların musiqi festivalı keçirilib

25 iyun 2023 | 09:57
“𝐇𝐞𝐲𝐝ə𝐫 Ə𝐥𝐢𝐲𝐞𝐯 – 𝟏𝟎𝟎”
Şəmkir Rayon İcra Hakimiyyətinin, Şəmkir Regional Mədəniyyət İdarəsinin və Şəmkir rayon Təhsil Sektorunun birgə təşkilatçılığı ilə keçirilən festivalda Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, rayonun ümumtəhsil və uşaq incəsənət məktəblərinin, məktəbəqədər təhsil müəssisələrinin müəllim və şagird kollektivləri, valideynlər iştirak ediblər.
Şəmkir Heydər Əliyev Mərkəzində keçirilən tədbirin rəsmi hissəsində Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin uşaqlara sonsuz məhəbbətini, onlara olan böyük qayğısını və diqqətini əks etdirən videoçarx təqdim olunub.
Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Rəşad Tağıyev çıxış edərək, uşaqlara göstərilən diqqət və qayğıdan danışıb. Bildirib ki, Azərbaycanda uşaq siyasətinin əsası Ümumilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Azərbaycan körpələrinin sağlamlığı, onların yaxşı təhsil və təlim-tərbiyə alması, Vətən və xalq üçün gərəkli vətəndaş kimi böyüməsi Ümummilli Liderin daim diqqətində olub. Bu gün həmin siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
İcra başçısı qeyd edib ki, Respublikamızın hər yerində olduğu kimi rayonumuzda da bu sahəyə xüsusi diqqət yetirilir. Onların müdafiəsi, təhsili, sağlamlığı daim diqqət mərkəzində saxlanılır, əyləncəsinin təşkili üçün çoxsaylı tədbirlər həyata keçirilir.
“Uşaqlar bizim gələcəyimizdir” adlı festivalda rayonun ümumtəhsil və uşaq incəsənət məktəblərinin, məktəbəqədər təhsil müəssisələrin şagirdlərinin hazırladıqları rəqs nömrələri və nəğmələr səsləndirilib.
Sonda tədbir iştirakçıları RİH başçısının Fəxri Fərman və Təşəkkürnamələri ilə təltifləndiriliblər.
Keçidlər