Şriftin ölçüsü :

Saytın rəngi :

“Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaqdır” mövzusunda tədbir keçirilib.

07 may 2026 | 17:18

Şəmkir Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatı və Şəmkir Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Ağciyər Xəstəlikləri Mərkəzinin Şəmkir Regional Xəstəxanasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müavini Aynur Abdullayeva, Ağciyər Xəstəlikləri Mərkəzinin Şəmkir Regional Xəstəxanasının direktoru Samirə Kazımova, eləcə də aidiyyəti qurumların nümayəndələri iştirak ediblər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş etdirilib.
Tədbirdə çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, müasir müstəqil Azərbaycanın qurulması və inkişafı istiqamətində misilsiz xidmətlərindən bəhs ediblər. Qeyd olunub ki, dahi şəxsiyyətin müəyyən etdiyi siyasi kurs bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkəmiz hərtərəfli inkişaf mərhələsini yaşayır.
Çıxışlarda həmçinin vurğulanıb ki, Ümummilli Lider tərəfindən əsasları qoyulan azərbaycançılıq ideologiyası milli birliyin, dövlətə sədaqətin və vətəndaş məsuliyyətinin formalaşmasında mühüm rol oynayır.
Sonda Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatı tərəfindən bir qrup partiya fəalına fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim olunub.

Keçidlər