Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Şəmkir rayon birinciliyi keçirilib.

04 sentyabr 2023 | 11:06
 
Şəmkir Olimpiya İdman Kompleksində Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş uşaq və yeniyetmələr arasında Yunan-Roma güləşi üzrə açıq Şəmkir rayon birinciliyi keçirilib.
Yarışda Şəmkir idmançıları ilə yanaşı, Bakı şəhərinin “Roil”, Neftçi”, “Məhsul” idman klublarının yetirmələri, Gəncə, Göyçay, Sabirabad, Kürdəmir, Qəbələ, Mingəçevir, Yevlax, Şirvan, Goranboy və Şuşa UGİM komandalarından ümumilikdə 287 nəfər idmançı iştirak edib.
Açıq rayon birinciliyində Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Yarışın rəsmi hissəsində çıxış edənlər Ümummilli Liderin idmana göstərdiyi diqqət və qayğıdan danışıblar.
Bildirilib ki, Azərbaycan xalqının fiziki-mənəvi sağlamlığına çalışan Prezident cənab İlham Əliyev idman və bədən tərbiyəsinin inkişafı sahəsində kompleks tədbirlərin həyata keçirilməsini daim diqqətdə saxlayır, hər zaman respublikamızın idman imicinin yüksəlməsinə çalışır.
Gərgin idman mübarizəsi şəraitində keçən yarışda yüksək nəticələr əldə edən idmançılar diplom və medallarla təltif edilib.
Keçidlər