Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş turnir keçirilib

12 sentyabr 2023 | 17:34
 Şəmkir rayonunda Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş yeniyetmələr arasında minifutbol turniri keçirilib.
Açılış mərasimində çıxış edənlər iştirakçılara uğurlar arzulayıb, Azərbaycan idmanının ən böyük himayədarı Ulu öndər Heydər Əliyevin xatirə turnirinin əhəmiyyətindən danışıblar. Qeyd olunub ki, belə turnirlər Şəmkir rayonunda futbolun inkişafında xüsusi əhəmiyyətə malik olacaq, bu uşaqlar arasında gələcəyin peşəkar futbolçuları yetişəcək.
Məlumat üçün bildiririk ki, Şəmkir rayonu üzrə Gənclər və İdman sektorunun təşkilatçılığı ilə keçirilən turnirdə 6 komanda – “Kür-1”, “Kür-2”, “Mahmudlu-1”, “Mahmudlu-2”, “Şəmkir-1”, “Şəmkir-2” komandaları iştirak ediblər.
Gərgin oyun şəraitində keçən yarışmada I yeri “Şəmkir-1”, II yeri “Kür-1”, III yeri “Mahmudlu-1” komandaları tutublar. Final oyunundan sonra turnirin bağlanış mərasimi keçirilib, qaliblərə diplomlar təqdim olunub.
Keçidlər