Tatarlı kəndində sakinlərlə səyyar qəbul keçirildi
02 iyun 2023 | 16:13
Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev sakinlərimizi narahat edən problemləri yerindəcə öyrənmək məqsədilə hər həftə rayonun müxtəlif qəsəbə və kəndlərində səyyar görüşlər keçirir, vətəndaşların problemləri ilə yerində tanış olur.
Növbəti səyyar qəbul Tatarlı kəndində keçirilib.
Qəbuldan öncə icra başçısı Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq Şəmkir rayonunda görülən geniş abadlıq-quruculuq işlərindən və həyata keçirilən irimiqyaslı sosial infrastruktur layihələr barədə sakinlərə ətraflı məlumat verib.
Rəşad Tağıyev bildirib ki, bütün bu tədbirlər əhalinin rahatlığının təminatına və güzəranının yaxşılaşdırılmasına xidmət edir və görülən bu məqsədyönlü işlər davamlı olacaq.
Daha sonra sakinlərlə kəndin ümumi problemləri müzakirə edilib, onların arzu və təklifləri dinlənilib, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib.
Şiştəpə sakinləri tərəfindən edilən müraciətlər, əsasən, yeni məktəb binasının tikintisi, fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, məşğulluq, eləcə də digər sosial müdafiə məsələləri ilə bağlı olub.
Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Eyni zamanda fərdi şəkildə müraciət etmək istəyən sakinlərin qəbulu keçirilib.