Şriftin ölçüsü :

Saytın rəngi :

SOMDA əməkdaşlarının peşə bayramı günü qeyd olundu

16 mart 2026 | 15:31
 
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyevin də iştirak etdiyi tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək dahi şəxsiyyətin ruhuna öz ehtiramlarını bildiriblər.
Agentliyin əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edən icra başçısı bildirib ki, Azərbaycanda dövlət səviyyəsində mühafizə xidmətinin qurulması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır və milli dövlətçiliyimizin qorunması işində mühüm yer tutan xüsusi mühafizə sistemində çalışan əməkdaşların fəaliyyətini Azərbaycan Respublikasnn Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən də hər zaman yüksək qiymətləndirilmişdir.
Agentliyin əməkdaşlarına çətin və məsuliyyətli işlərində uğurlar arzulayan icra başçısı qeyd edib ki, Şəmkir rayonunun ərazisində də çoxsaylı strateji obyektlər yerləşir və rayonumuzdan ölkəmiz üçün xüsusi əhəmiyyətə malik kəmərlər keçir: “Əminəm ki, bundan sonra da Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Şəmkir regional şöbəsinin əməkdaşları nümunəvi xidmətləri ilə dövlət başçımızın onlara göstərdiyi etimadı ən yüksək səviyyədə doğrultmağa çalışacaq, strateji obyektlərimizin təhlükəsizliyinin təmin olunmasına mühüm töhfələr verəcəklər”.
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Şəmkir regional şöbəsində keçirilən tədbirin davamında agentliyin xidmətdə fərqlənən və öz vəzifələrini layiqincə yerinə yetirən hərbi qulluqçularına Şəmkir RİH başçısının Fəxri Fərmanları təqdim olunub.
Keçidlər