Şriftin ölçüsü :

Saytın rəngi :

Şiştəpə İdman Klubunun açılışı oldu – 𝐅𝐎𝐓𝐎𝐋𝐀

06 iyul 2023 | 09:58
Şəmkir rayonunun Şiştəpə kəndində yeni inşa edilən idman klubunun açılış mərasimi keçirilib.
Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin əməkdaşları, ağsaqqallar, kənd ictimaiyyətinin nümayəndələri və idmançılar iştirak ediblər.
Açılış mərasimindən sonra qonaqlar klubda yaradılan şəraitlə tanış olublar.
İş adamı Etibar Vəliyev bildirib ki, Şiştəpə İdman Klubunun ümumi sahəsi 815 kv.m-dir və bundan 550 kv.m-i idman fəaliyyəti üçün nəzərdə tutulub. Burada çalışacaq 3 idman müəllimi eyni zamanda 100 nəfərə güləş, Ciu-Citsu dərsləri keçəcək. Həmçinin, müasir tələblərə cavab verən klubda trenajor zalı da fəliyyət göstərəcək.
Keçidlər