Şriftin ölçüsü :

Saytın rəngi :

SHXÇ üzrə Dövlət Xidməti işçilərinin peşə bayramı qeyd edildi

13 fevral 2026 | 13:28

Şəmkir rayonunda Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 14-cü ildönümü qeyd edildi.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyevin də iştirak etdiyi tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək dahi şəxsiyyətin ruhuna öz ehtiramlarını bildirdilər.
Rəşad Tağıyev Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradıldığı gündən gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi, çağırışçıların həqiqi xidmətə yola salınması və səfərbərlik hazırlığı təlimlərində Rayon İcra Hakimiyyəti ilə sıx əməkdaşlıq etdiyini vurğulayıb və Dövlət Xidmətinin rəhbərliyini, xidmətin bütün şəxsi heyətini təbrik etdi.
İcra başçısı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şəxsi heyətinə dövlətin, xalqın və Ali Baş Komandanın etimadını doğrultmağı və üzərlərinə düşən məsul, şərəfli işdə uğurlar arzuladı.

Keçidlər