Şriftin ölçüsü :

Saytın rəngi :

Səyyar qəbulda vətəndaşlar tərəfindən qaldırılan məsələ öz müsbət həllini tapıb

25 iyul 2023 | 17:06
Şəmkir rayon İcra Hakimiyyəti başçısı Rəşad Tağıyevin rayonun Sarıtəpə kəndində keçirdiyi səyyar qəbul zamanı sakinlər tərəfindən edilən müraciət öz həllini tapıb.
Belə ki, səyyar qəbulda sakinlərlə kəndin ümumi problemlərinin müzakirəsi zamanı onların istək və təkliflərindən biri kəndin mərkəzi küçələrinin təmir olunması olub.
Sakinlərimizin istəyinə əsasən aidiyyəti təşkilat rəhbərlərinə verilən müvafiq tapşırıqlara əsasən Şəmkir RİH, rayon 25 saylı Yol İstismar İdarəsi tərəfindən 2 kilometrə yaxın kəndin mərkəzi yollarına qum-çınqıl tökülərək hamarlanıb, sakinlərin rahat şəkildə gediş-gəlişi təmin edilib.
Keçidlər