Şriftin ölçüsü :

Saytın rəngi :

Səyyar ASAN Avtobus Şəmkirdə sakinlərinə asan xidmət davam etdirir.

21 noyabr 2023 | 16:04
Noyabrın 1-dən Səyyar ASAN Avtobus Şəmkir şəhərində vətəndaşlara xidmət göstərməyə başlayıb.
Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müavini -Sosial-iqtisadi
inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Rüfət Sahibsoy ASAN Avtobusda vətəndaşlara göstərilən xidmətlərlə maraqlanıb.
ASAN Avtobus əməkdaşları tərəfindən bildirilib ki, 1 ay ərzində rayonda olacaq "ASAN xidmət"in səyyar avtobusu Şəmkirlə yanaşı, ətraf rayonların da sakinlərinə xidmət göstərir. Vətəndaşlar notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, daşınmaz əmlak pensiya təyinatı şəxsiyyət vəsiqələrinin və ümumvətəndaş pasportlarının verilməsi, eləcə də dəyişdirilməsi, sürücülük vəsiqəsinin dəyişdirilməsi kimi xidmətlərdən yararlana bilərlər.
Qeyd olunub ki, səyyar xidmətlər Ədliyyə, Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.
Məlumat üçün bildiririk ki, Səyyar ASAN Avtobus noyabr ayının 30-a kimi Şəmkirdə vətəndaşlara xidmət göstərəcək.
Keçidlər