Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirli fermerlər Aqrar Biznes Festivalında məhsullarını nümayiş etdiriblər.

04 iyul 2025 | 14:44

Xəbər verdiyimiz kimi Şəmkir rayonunda Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiyalar Mərkəzi və Şəmkir Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Aqrar Biznes Festivalı keçirilib.
Şəmkir RİH başçısı Rəşad Tağıyev, Aqrar İnnovasiyalar Mərkəzinin direktoru Anar Cəfərov və digər rəsmi qonaqlar tədbir iştirakçıları tərəfindən festival çərçivəsində nümayiş etdirilən sərgi stendlərinə baxış keçiriliblər.
Sərgidə Şəmkirdə fəaliyyət göstərən 20-dən artıq sahibkar və şirkətlər tərəfindən yetişdirilən meyvə-tərəvəz məhsulları, toxum və bitki sortları, həmçinin kənd təsərrüfatı texnikası nümayiş olunub.
Yerli sahibkarlar qonaqlara əldə etdikləri uğurlardan, yüksək məhsuldarlığın təmin olunmasındakı təcrübələrindən bəhs ediblər.
Festival Şəmkirli incəsənət ustalarının hazırladıqları bədii proqramla davam edib.

Keçidlər