Şriftin ölçüsü :

Saytın rəngi :

ŞƏMKİRİN MƏRKƏZİ BAZARINDA, ŞADLIQ EVLƏRİ VƏ İRİ TİCARƏT MƏRKƏZLƏRİNDƏ #REYD KEÇİRİLİB

19 oktyabr 2021 | 16:00

Koronavirus infeksiyasının kütləvi yayılmasının və onun ağır fəsadlarının qarşısının alınması məqsədilə Şəmkir rayonunda pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirilir.

Keçirilən nəzarət tədbirləri zamanı bəzi vətəndaşlar tərəfindən karantin rejiminin tələblərinə etinasız yanaşıldığı aşkar edilib.

Rayon icra hakimiyyətinin, Rayon Polis şöbəsinin və digər müaviq qurumların əməkdaşlarından ibarət mobil qruplar iri ticarət mərkəzlərində, kafe və restoranlarda, şadlıq saraylarında və digər qapalı məkanlarda yoxlamalar aparıb.
Mobil qruplar rayonda fəaliyyət göstərən şadlıq saraylarında toy şənliklərinin keçirilməsi ilə bağlı müvafiq qaydalara əməl edib-etməmələrinə nəzarət etmək məqsədilə toy məclisinə gələn qonaqların COVID-19 virusuna qarşı vaksin olub-olmamalarını yoxlayıblar. Keçirilən nəzarət tədbirləri zamanı bəzi vətəndaşlar tərəfindən karantin rejiminin tələblərinə etinasız yanaşıldığı aşkar edilib.

Sakinlərlə proflaktiki söhbətlər aparılıb. Tövsiyyə və tələblərə əməl edən obyekt sahibləri yeni qüvvəyə minən qaydalardan hali olduqlarını bildiriblər.

Koronovirusla mübarizədə yeganə çıxış yolunun vaksinasiya olmasını nəzərə alaraq bu kimi yoxlamalar gündəlik olaraq davam etdiriləcək.

Keçidlər