Şəmkirin bu ərazilərinin elektrik enerjisi təsərrüfatı yenilənir, növbəti mərhələdə isə...
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizdə həyata keçirdiyi sosial siyasətin tərkib hissəsi olaraq əhalinin elektrik enerjisi təchizatının yaxşılaşdırılması istiqamətində hazırda Şəmkir rayonunda elektrik enerjisi təsərrüfatının yenilənməsi istiqamətində genişmaştablı işlər görülür.
"Azərişıq” ASC-dən verilən məlumata görə Şəmkir Elektrik Şəbəkəsində əhalini etibarlı və fasiləsiz şəkildə elektrik enerjisilə təmin etmək məqsədilə Yuxarı Seyfəli, Qaracəmirli, Hacıallar, Atabəy, Dağ Cəyir, Yuxarı Çaykənd, Günəş kəndlərində hazırda əsaslı və yenidənqurma işləri aparılır.
Həmin ərazilərdə güc mərkəzləri yaradılmaqla yeni transformatorlar quraşdırılıb və kabelləşmə başa çatmaq üzrədir.
Məlumat üçün bidliririk ki, həmin ərazilərdə işlər tam yekunlaşdıqdan sonra Aşağı Seyfəli, İrmaşlı kəndlərində və Çinarlı qəsəbəsində elektrik enerjisi təsərrüfatının yenilənməsi işləri aparılacaq.