Şəmkirəd qanvermə aksiyası keçirilib
14 noyabr 2023 | 17:24
Şəmkirdə hemofiliya, talassemiya və irsi qan xəstəliklərindən əziyyət çəkən xəstələrə yardım məqsədilə qanvermə aksiyası keçirilib.
Aksiyaya rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının əməkdaşları, könüllülər qatılıblar.
Rayon icra hakimiyyəti aparatının məsul əməkdaşlarının da qoşulduğu aksiyada 250-yə yaxın insan donor qismində iştirak edib.
Toplanan qan hemofiliya, talassemiya və irsi qan xəstəliklərindən əziyyət çəkən insanların müalicəsinə sərf edilməsi üçün Mərkəzi Qan Bankına göndərilib.
Qeyd edək ki, artıq ənənəyə çevrilmiş bu humanist aksiyada RİH-in və rayonda fəaliyyət göstərən təşkilatların əməkdaşları hər il iştirak edirlər. Belə xeyriyyə tədbirlərinin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.