Şəmkirdə “Zəfər Salnaməsi” adlı intellektual bilik yarışı keçirilib.
30 oktyabr 2026 | 15:16
Şəmkir Rayon İcra Hakimiyyətinin, Şəmkir Rayon Təhsil Sektorunun, Yeni Azərbaycan Partiyası (YAP) Şəmkir rayon təşkilatının və Şəmkir Gənclər Evinin birgə tədbirlər planına uyğun olaraq 8 Noyabr – Zəfər Gününə həsr olunmuş intellektual bilik yarışında rayonda fəaliyyət göstərən ümumtəhsil məktəblərinin şagirdləri iştirak ediblər.
Yarışın əsas məqsədi şagirdlərin Vətən müharibəsi və Zəfər tariximiz, Azərbaycan dövlətçiliyinin ənənələri, milli-mənəvi dəyərlər barədə biliklərini artırmaq, onların vətənpərvərlik ruhunu gücləndirmək, eyni zamanda istedadlı və bilikli şagirdləri üzə çıxarmaq olub.
İntellektual yarış iştirakçıların tarixi biliklərinin yoxlanılması, milli tariximizə və dövlətçilik ənənələrimizə marağının artırılması baxımından əhəmiyyət daşıyıb.
Gərgin mübarizə şəraitində keçən yarışın sonunda qalib komanda diplom və hədiyyələrlə mükafatlandırılıb.






