Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə "Zəfər Marafonu 2025” keçirildi, qaliblər mükafatlandırıldı

08 noyabr 2025 | 10:41
Şəmkir Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Günü münasibətilə “Zəfər Marafonu 2025” keçirildi.
“Bu Zəfəri bizə yaşadanlar üçün birləşək” şüarı altında keçirilən növbəti marafonda 300-ə yaxın iştirakçı qeydiyyatdan keçib.
Azərbaycanın Şanlı Zəfərinin 5-ci ildönümünə həsr olunmuş marafonda idmançılarla yanaşı, rayonda fəaliyyət göstərən idarə, müsəssisə və təşkilatların nümayəndələri, könüllülər iştirak etdilər.
Startdan öncə Şəmkir RİH başçısı Rəşad Tağıyev yarış iştirakçılarını salamlayaraq bildirdi ki, Vətən müharibəsi xalqımızın birliyinin sarsılmazlığını nümayiş etdirdi. O səbəbdəndir ki, bu gün hər birimiz müasir Azərbaycan tarixinin ən qürurlu, fəxarətli günlərini yaşayır, Böyük Zəfərimizi sevinclə qeyd edirik.
İcra başçısı qeyd edib ki, bugünki Marafonun keçirilməsində məqsəd qələbə əhval-ruhiyyəsini yaşamaq, igid əsgərlərimiz və qəhrəman şəhidlərimizə hörmət və ehtiramı nümayiş etdirməkdir.
Daha sonra yarışa start verildi. İştirakçılar Şəmkir şəhər Bayraq Meydanından Şəhidlər Xiyabanına kimi olan məsafəni qət etdilər.
İcra başçısı qalibləri təbrik etdi və finişə 1-ci çatan İbrahimov Rinad Zaur oğlu, 2-ci yerin qalibi Əliyev Turac Qurban oğlu və 3-cü yerin qalibi Məmmədov Əliyev Anar Eldar oğlu RİH tərəfindən mükafatlandırıldılar.
Qeyd edək ki, 1-ci yerin qalibinə planşet, 2-ci və 3-cü yerin qalibinə isə müvafiq olaraq mobil telefon və smart saat verildi.
Eyni zamanda yarışın xanım iştirakçılarına da hədiyyələr və gül təqdim edildi.
Keçidlər