Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası keçirildi.

06 noyabr 2026 | 15:09
8 Noyabr – Zəfər Günü münasibətilə Şəmkir Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Şəhidlər Xiyabanında ağacəkmə aksiyası təşkil olundu.
Aksiyada ərazinin yaşıllaşdırılması məqsədilə rayonun torpaq-iqlim şəraitinə uyğun 200 ədəd badam və qoz ağacları əkildi. Aksiya zamanı ərazidə mövcud yaşıllıqlara qulluq göstərildi, abadlıq və təmizlik işləri aparıldı, yeni əkilən ağacların suvarılması təmin edildi.
Salınmış yaşıllıqların qorunması, ərazinin mütəmadi nəzarətdə saxlanılması və bitkilərə aqrotexniki qaydalara uyğun qulluq göstərilməsi istiqamətində tədbirlərin bundan sonra da davam etdirilməsi nəzərdə tutulur.
Tədbirdə qeyd olundu ki, Zəfər Günü münasibətilə keçirilən ağacəkmə aksiyası şəhidlərin əziz xatirəsinə ehtiramın ifadəsi olmaqla yanaşı, ətraf mühitin mühafizəsinə, ekoloji tarazlığın qorunmasına və rayonun yaşıllıq sahələrinin genişləndirilməsinə xidmət edir.
Onu da bildirək ki, təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq, Şəmkir rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər davam etdirilir.
Keçidlər