Şəmkirdə yüksək nəticələr əldə etmiş məzunlarla görüş keçirili
09 sentyabr 2022 | 17:56
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev ali məktəblərə qəbul zamanı yüksək nəticələr əldə etmiş rayon məktəblərinin məzunları ilə görüş keçirib.
Şəmkir Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev ali məktəblərə qəbul olunmuş gəncləri təbrik edərək, onlara təhsildə və gələcək həyatlarında müvəffəqiyyət arzulayıb.
İcra başçısı bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində respublikamızda, o cümlədən rayonumuzda təhsilin ən müasir səviyyəyə qaldırılması üçün hər cür şərait yaradılıb və proses ardıcıl olaraq davam edir.
Ölkəmizin sürətli inkişafında yeni zirvələrin fəth edilməsi yüksək intelektli, bacarıqlı kadrlardan asılı olduğunu bildirən Rəşad Tağıyev qeyd edib ki, ali məktəblərə qəbul olunmuş gənclər biliklərə daha səylə yiyələnməli, öz ixtisaslarının əsil bilicisi olmalıdırlar.
Tədbirdə çıxış edən məzunlar, müəllim və valideyinlər göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Tədbirin sonunda ali məktəblərə qəbul zamanı yüksək nəticələr əldə etmiş məzunlara RİH başçısı adından “Təşəkkürnamə” verilib, hədiyyələr təqdim olunub, xatirə fotosu çəkilib.
Qeyd edək ki, görüşdə ali məktəblərə qəbul zamanı 600-dən yuxarı bal toplayan məzunlar iştirak ediblər.