Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr rəsm müsabiqəsi keçirilib

01 may 2024 | 11:55
Şəmkir şəhər İstiqlal Parkında təşkil olunan yekun tədbirində sagirdlər çəkdikləri rəsmləri içtimayyətə təqdim ediblər.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev də şagirdlərin əl işlərinə baxış keçirib.
Tədbirdə çıxış edən RİH başçısı bildirib ki, Prezident cənab İlham Əliyev tərəfindən 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ölkəmizdə ətraf mühitin qorunmasına, iqlim dəyişmələrinin mənfi təzahürlərinin qarşısının alınması baxımından xüsusi önəm edir: “Bu gün beynəlxalq ictimaiyyət də Azərbaycanın iqlim dəyişmələrinin mənfi təzahürlərinin qarşısının alınması sahəsində həyata keçirdiyi fəaliyyəti yüksək qiymətləndirilir. Məhz bu səbəbdən aktuallığına görə dünyada ən mötəbər tədbirlərdən biri hesab edilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) iştirakçı ölkələrin qərarı ilə 2024-cü ildə Azərbaycanda keçiriləcək”.
Müsabiqə qaliblərini təbrik edən icra başçısı onlara uğurlar arzulayıb.
Qeyd edək ki, tədbirdə 9-14 yaş kateqoriyası üzrə 45 nəfər şagird, 14-18 yaş kateqoriyası üzrə 5 nəfər şagirdin əl işlərindən ibarət rəsm əsərləri nümayiş olunub.
Qaliblər hədiyyə və diplomlarla təltif olunublar.
Keçidlər