Şəmkirdə "Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ümumrayon iməcliyi təşkil olunub
23 sentyabr 2024 | 17:24
2024-cü ilin ölkəmizdə "Yaşıl dünya naminə həmrəylik ili” elan olunması ilə əlaqədar Şəmkir rayonunda silsilə tədbirlər davam etdirilir.
Şəmkir Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə gerçəkləşən iməclik aksiyası da "Yaşıl dünya naminə həmrəylik ili” və ölkəmizdə keçiriləcək COP29-un tədbiri çərçivəsində təşkil olunub.
Rayonumuzun bütün kənd və qəsəbələri əhatə olunmaqla genişmiqyaslı ümumrayon iməcliyində magistral və daxili yolların kənarları, Yasamal aşırımları ətraf mühit, eyni zamanda insan sağlamlığı üçün zərərli olan müxtəlif məişət və polietilen tullantılarından təmizlənib, parklar, abidələr, xiyabanlarda abadlıq işləri aparılıb.
Eyni zamanda daxili iməcilik zamanı prospekt və küçələr, səki kənarları, bordyur və işıq dirəkləri, məhəccərlər, reklam lövhələri, ağaclar və yaşıllıq zolaqlarının yuyulması, eləcədə digər təmizlik və dezinfeksiya işləri görülüb, toplanan məişət tullantıları müvafiq nəqliyyat vasitələri ilə ərazilərdən daşınıb.
İməclikdə Şəmkir rayon Kommunal Müəssisələri Kombinatının, rayonun idarə, müəssisə, təşkilatların əməkdaşları, ictimaiyyət nümayəndələri, xüsusilə də könüllülər iştirak ediblər.
Məlumat üçün bildiririk ki, Şəmkirdə bü cür iməcliklər, ekoloji aksiyalar və maarifləndirici tədbirlər mütəmadi təşkil olunur.