Şəmkirdə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində sərgi təşkil olundu
05 avqust 2024 | 16:46
“Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar Şəmkir Rayon İcra Hakimiyyəti və Şəmkir rayon təhsil sektorunun birgə təşkilatçılığı ilə körpələr evi-uşaq bağçalarının balaca fidanlarının hazırladığı əl işlərindən və rəsimlərdən ibarət sərgi təşkil olundu.
Şəmkir Şəhər İstiqlal Parkında keçirilən sərgidə RİH-in və təhsil sektorunun nümayəndələri iştirak etdilər.
Çıxış edənlər sərgi üçün balacaların hazırlanmasında və iştirakında zəhməti olan təhsil müəssisələrinin rəhbərlərinə, müəllimlərə təşəkkürlərini bildiriblər.
Dünyanı narahat edən ekoloji problemlər, iqlim dəyişiklikləri və onların canlı aləmə mənfi təsirlərindən, ekoloji mədəniyyətdən danışaraq bu sahəyə diqqətin artırılması, beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin əhəmiyyətini iştirakçıların diqqətinə çatdırdılar.
Bildirildi ki, sərginin keçirilməsində məqsəd ətraf mühitin çirkləndirilməsinin qarşısını almaq, azyaşlıların asudə vaxtlarının səmərəli istifadəsini təşkil etmək, uşaqların bacarıq və qabiliyyətlərini üzə çıxarmaq, onlarda sağlam ətraf mühit hissi formalaşdırmaqdır.
Həmçinin sərgi çərçivəsində balacalar parka çiçəklər və ağac əkiblər.