Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən aksiyada 15200 ağac əkildi

04 noyabr 2024 | 09:32
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Şəmkir Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə oktyabr ayında növbəti ağacəkmə aksiyası keçirildi.
RİH başçısı Rəşad Tağıyevin də iştirak etdiyi aksiyada torpaq-iqlim şəraitinə uyğun ümumilikdə 15200 şam, çinar, palıd, qarağac və göyrüş ağacları əkilib.
Əkilən ağaclar suvarılıb, küləkdən qorunması üçün qoruyucu dirəklər basdırılıb.
Könüllülər və Şəmkir Kommunal Müəssisələr Kombinatının əməkdaşları aksiyada ağac əkməklə yanaşı, ərazidə təmizlik-abadlıq işləri aparıb, yol kənarlarını alaq otlarından, daşlardan təmizləyib, basdırılan tinglərə aqrotexniki qulluq göstəriblər.
Onu da qeyd edək ki, ağacəkmə aksiyalarının keçirildiyi ərazilərin nəzarətdə saxlanılması, əkilmiş ağaclara mütəmadi qulluq göstərilməsi və ən əsası rayon ərazisində yaşıllıqların artırılması üçün müvafiq tədbirlər bundan sonra davam etdiriləcək.
Keçidlər