Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə yaşayan azsaylı xalqların nümayəndələri ilə görüş keçirildi

16 noyabr 2026 | 18:01
Şəmkir Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Rəşad Tağıyev görüşdə çıxış edərək bildirdi ki, Azərbaycanda tarixən formalaşmış tolerantlıq ənənələri, milli-mənəvi dəyərlərə hörmət və müxtəlif xalqların dinc yanaşı yaşaması ölkəmizin ictimai-siyasi həyatının səciyyəvi xüsusiyyətlərindəndir. Bu gün Azərbaycan etnik və dini müxtəlifliyin qorunduğu, multikultural dəyərlərin dövlət siyasəti səviyyəsində təşviq edildiyi ölkələrdən biri kimi tanınır.
İcra başçısı vurğuladı ki, bu siyasətin təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş, ölkədə milli həmrəyliyin və tolerantlıq mühitinin möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılmışdır. Ümummilli Liderin müəyyən etdiyi siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə Azərbaycan multikulturalizm və dinlərarası dialoqun təşviqi sahəsində beynəlxalq miqyasda nümunəvi mövqe qazanmışdır. Bu istiqamətdə Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın mədəni irsin qorunması, müxtəlif xalqların tarixi və dini abidələrinin bərpası, humanitar və mədəniyyətlərarası əlaqələrin inkişafı sahəsində həyata keçirdiyi layihələr də xüsusi əhəmiyyət daşıyır.
Rəşad Tağıyev bildirdi ki, ölkəmizdə mövcud olan bu sağlam ictimai mühit Şəmkir rayonunda da özünü aydın şəkildə göstərir. Zəngin tarixi və çoxmədəniyyətli mühiti ilə seçilən rayonda müxtəlif etnik mənsubiyyətə malik insanlar uzun illərdir qarşılıqlı hörmət, mehribanlıq və anlaşma şəraitində yaşayırlar. Son məlumatlara əsasən, hazırda Şəmkirdə 15-ə yaxın müxtəlif xalqın nümayəndəsi məskunlaşıb. Onların arasında ahıska türkləri və ruslar sayca üstünlük təşkil etsə də, polyaklar, ukraynalılar, belaruslar, tatarlar, kürdlər və gürcülər də rayonun ictimai həyatında təmsil olunurlar.
İcra başçısı qeyd etdi ki, Şəmkirdə milli və dini müxtəlifliyə hörmət, ictimai həmrəyliyin möhkəmləndirilməsi, bütün sakinlərin rayonun sosial-mədəni həyatında fəal iştirakının dəstəklənməsi daim diqqət mərkəzində saxlanılır. Milli mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşın hüquq və azadlıqlarının qorunması, cəmiyyətdə bərabərhüquqlu iştirakının təmin olunması dövlət siyasətinin yerli səviyyədə də ardıcıl şəkildə həyata keçirilməsinin əsas göstəricilərindəndir.
Sonda Rəşad Tağıyev multikulturalizmin Azərbaycan xalqının həyat tərzinə çevrildiyini bildirərək rayonumuzun müxtəlif xalqları təmsil edən sakinlərinin fikir və təkliflərini dinlədi, onları maraqlandıran məsələlərlə bağlı müzakirələr apardı.
Görüşdə azsaylı xalqların nümayəndələri çıxış edərək ölkəmizdə milli-mədəni müxtəlifliyin qorunmasına, tolerantlıq mühitinin möhkəmləndirilməsinə, eləcə də onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.
Keçidlər