Şəmkirdə YAP-ın təsis edilməsinin 30 illiyinə həsr olunmuş intellektual oyun keçirilib - FOTO
24 oktyabr 2022 | 12:54
Şəmkirdə Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illiyinə həsr olunmuş intellektual oyununun seçmə mərhələsi keçirilib.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, YAP Şəmkir Rayon Təşkilatının sədri Fəxrəddin Vəliyevin iştirak etdiyi tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin Şəmkir şəhərinin mərkəzində yerləşən abidəsini ziyarət edib, ümummilli liderin xatirəsini ehtiramla yad ediblər.
Daha sonra Şəmkir Gənclər Evində Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illiyinə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual oyununun seçmə mərhələsi keçirilib.
Yarışdan öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Yeni Azərbaycan Partiyasının qurucusu Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış mərasimində Rəşad Tağıyev çıxış edərək yarış iştirakçılarını salamlayıb, komandaların hər birinə uğurlar arzulayıb.
İcra başçısı və Yap Şəmkir Rayon Təşkilatının sədri Fəxrəddin Vəliyev çıxışlarında ümummilli lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, və bugünki önəmindən danışıblar.
Daha sonra yarışlara start verilib. İntellektual oyunda 11 rayon təşkilatının komandaları növbəti mərhələyə vəsiqə qazanmaq üçün mübarizə aparıb.
Komandaları təmsil edən gənclər ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Yeni Azərbaycan Partiyasının 30 illik tarixi, 44 günlük Vətən müharibəsində qazanılmış tarixi qələbə və ölkəmizin müasir tarixində baş verən mühüm hadisələrlə əlaqədar sualları cavablandırıblar.
Qeyd edək ki, qalib komandalar (ümumilikdə 21 komanda) 06.11.2022-ci il tarixində Gülüstan Sarayında keçiriləcək final mərhələsində I-III yerlər üzrə mübarizə aparacaqlar.