Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə Xüsusi dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramı qeyd olunub.

23 avqust 2023 | 17:28
Avqustun 23-ü Azərbaycan Respublikasında xüsusi dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramı günüdür.
Bu münasibətlə Şəmkir rayonunda keçirilən tədbirdə RİH başçısı Rəşad Tağıyev, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Şəmkir regional şöbəsinin rəhbər heyəti və kollektivi əvvəlcə Şəmkir şəhərinin mərkəzində yerləşən Ulu Öndər Heydər Əliyevin abidəsini və Şəhidlər Memorial Abidə Kompleksini ziyarət edərək önünə gül-çiçək dəstələri qoyublar.
Tədbirin rəsmi hissəsində Dövlət Himni səsləndirilib. Ulu Öndərin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşları peşə bayramı münasibətilə təbrik edən Rəşad Tağıyev bildirib ki, Ümummilli lider Heydər Əliyevin ölkəmizdə xüsusi mühafizə sisteminə diqqət və qayğı siyasətinin Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində bu sahə sürətlə inkişaf edib: “Bu gün Şəmkir rayonunun ərazisində də çoxsaylı strateji obyektlər yerləşir, rayonumuzdan ölkəmiz üçün xüsusi əhəmiyyətə malik kəmərlər keçir. Əminəm ki, bundan sonra da Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Şəmkir regional şöbəsinin əməkdaşları nümunəvi xidmətləri ilə dövlət başçımızın onlara göstərdiyi etimadı ən yüksək səviyyədə doğrultmağa çalışacaq, strateji obyektlərimizin təhlükəsizliyinin təmin olunmasına mühüm töhfələr verəcəklər”.
Tədbirin sonunda Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Şəmkir regional şöbəsinin xidmətdə fərqlənən əməkdaşları Şəmkir Rayon İcra Hakimiyyəti başçısının “Fəxri Fərman”ı ilə mükafatlandırılıblar.
Keçidlər