Şəmkirdə xatirə komplekslərində, xiyabanlarda və qəbiristanlıqlarda iməcilik keçirildi, abadlıq işləri görüldü
22 sentyabr 2026 | 17:49
Şəmkir rayonunda xatirə komplekslərinin, xiyabanların və qəbiristanlıqların ərazilərində təmizlik və abadlıq işlərinin aparılması məqsədilə ümumrayon iməciliyi keçirildi.
İməcilikdə Kommunal Müəssisələr Kombinatının kollektivi, rayon üzrə inzibati ərazi dairələri üzrə nümayəndəliklərin və bələdiyyələrin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri və gənclər iştirak etdilər.
Tədbir zamanı xatirə komplekslərinin ətrafı və qəbiristanlıqlar yabanı otlardan təmizləndi, qəbirüstü abidələrin ətrafında səliqə-sahman yaradıldı. Ərazidəki ağac və kollarda budama aparıldı, çəmənliklər və yaşıllıqlar suvarıldı.
Həmçinin qəbiristanlıqlarda yeni yaşıllıq sahələri salındı, ayrı-ayrı ərazilərdə abadlıq işləri görüldü.






