Şəmkirdə üzümçülüyün inkişafı diqqət mərkəzindədir
05 sentyabr 2022 | 12:45
Şəmkir rayonunda kənd təsərrüfatının bu mühüm sahələri daim diqqət mərkəzində saxlanılır, onun inkişaf etdirilməsinə böyük qayğı göstərilir.
Belə ki, son vaxtlar rayonda meyvəçilik və üzümçülük sahələrinin dirçəldilməsi, onun keçmiş şöhrətinin özünə qaytarılması məqsədilə mühüm tədbirlər həyata keçirilir, kənd təsərrüfatının bu sahəsinə xüsusi önəm verilir.
Üzümçülük Şəmkir iqtisadiyyatında əsas yerlərdən birini tutur. Hazırda rayonda 560 hektar üzüm bağı mövcuddur. Ötən il bu bağlardan 33286.3 ton məhsul əldə edilib.
Cari ildə artıq fermerlər tərəfindən məhsulun toplanmasına başlanılıb və bildirilir ki, ötən illə müqayisədə bu il məhsul daha bol olacaq.
Qeyd edək ki, Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsinə uyğun olaraq üzümçülüyün daha da inkişaf etdirilməsi və emal sənayesinin yaradılması istiqamətində tədbirlər bundan sonra da davam etdiriləcək.
Bu məqsədlə Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev mütəmadi olaraq yerli sahibkarlarla görüşlər keçirir, təsərrüfatlarda yaradılan şəraitlə tanış olur, eyni zamanda onların arzu və istəklərini dinləyir.
Üzümçü fermerlər dövlətimizin bu sahəyə qayğısından bəhrələnərək Şəmkir rayonu üçün ənənəvi olan üzüm sahələrinin daha da genişləndirilməsi, məhsuldar sortlar yetişdirilməsi və ixrac yönümlü istehsalın daha da artırılması əzmindədirlər.