Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi anılıb

12 dekabr 2023 | 15:09
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, rayon rəsmiləri, hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların rəhbərləri dahi şəxsiyyət Heydər Əliyevin Şəmkir şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri düzüb, əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Anım mərasimində iştirak edənlər Heydər Əliyevin Azərbaycan üçün müstəsna xidmətlərindən, müstəqilliyin qorunması, ölkənin hərtərəfli tərəqqisi uğrunda gördüyü işlərdən söhbət açıblar.
Şəmkir RİH başçısı Rəşad Tağıyev bildirib ki, güclü və qüdrətli Azərbaycanın gələcək nailiyyətləri məhz müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyevin yürütdüyü siyasət bizi daha da qüdrətli və yenilməz bir dövlətə çevirir.
Qeyd olunub ki, Şəmkir rayonu da daim Ulu Öndərin diqqət və qayğısını hiss edib. Heydər Əliyevin Şəmkirə qayğısı öz bəhrəsini vermiş, Azərbaycanın bu qədim və tarixi bölgəsi ölkənin ən inkişaf etmiş bölgələrindən birinə çevrilmişdir.
Keçidlər