Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi anılıb 2024

12 dekabr 2024 | 16:53
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, rayon rəsmiləri, hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların rəhbərləri, rayon ictimaiyyəti dahi şəxsiyyət Heydər Əliyevin Şəmkir şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri düzüb, əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Daha sonra Ümummilli Liderin vəfatı günü ilə əlaqədar rayon ictimaiyyəti üçün ehsan süfrəsi açılıb.
Çıxış edən RİH başçısı Rəşad Tağıyev bildirib ki, Heydər Əliyev böyük tarixi şəxsiyyətdir. Müstəqil Azərbaycanın qurucusu və onun banisidir.
İcra başçısı qeyd edib ki, Ümummilli Liderimiz Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə Vətəni və xalqı qarşısında müstəsna xidmətləri, dövlət müstəqilliyinin qorunmasında və möhkəmləndirilməsində, Azərbaycan dövlətçiliyinin nailiyyətlərində əvəzsiz rolu və misilsiz fəaliyyəti xalqımız tərəfindən həmişə dərin minnətdarlıq hissi ilə yad edilir, Ulu Öndərin əziz xatirəsi daim uca tutulur: “Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatından 21 il keçir. Bu illər ərzində Azərbaycan Ulu Öndərin ideyalarının işıqlandırdığı yolla irəliləyərək böyük inkişaf yolu qət edib, regionun qüdrətli dövlətlərindən birinə çevrilib. Heydər Əliyev siyasətinin davamı və Azərbaycan uğurlu inkişafının nəticəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsi və antiterror tədbirləri nəticəsində respublikamızın ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu. Ulu Öndər siyasətini uğurla davam etdirəm prezident İlham Əliyevin sərkərdəlik bacarığı sayəsində ölkəmiz, xalqımız bu gün öz müstəqillik tarixinin ən şərəfli dövrünü yaşayır”.
Rəşad Tağıyev xüsusi vurğulayıb ki, Şəmkir rayonu da daim Ulu Öndərin diqqət və qayğısını hiss edib. Heydər Əliyevin Şəmkirə qayğısı öz bəhrəsini vermiş, Azərbaycanın bu qədim və tarixi bölgəsi ölkəmizin ən inkişaf etmiş bölgələrindən birinə çevrilib.
YAP Şəmkir rayon Təşkilatının sədri Fəxrəddin Vəliyev, Şəmkir Rayon Ağsaqqallar Şurasının sədri Bilal Məmmədov və digər natiqlər də çıxışlarında Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən bəhs ediliblər.
Diqqətə çatdırılıb ki, Ümummilli Lider fəaliyyətinin bütün mərhələlərində Azərbaycanın inkişafına, milli maraqlarının, dövlətçilik mənafelərinin qorunmasına, tarixi ənənələrin və milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edən müstəsna işlər görmüşdür.
Keçidlər