Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə elmi-praktiki konfrans təşkil olunub

10 may 2022 | 11:54
Bu münasibətlə Şəmkir Heydər Əliyev Mərkəzində elmi-praktiki konfrans keçirilib.
Konfransda Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, YAP Şəmkir rayon təşkilatının rəhbərliyi, hüquq-mühafizə orqanlarının, rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələri iştirak ediblər.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edən Şəmkir RİH başçısı Rəşad Tağıyev Heydər Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycanın zamanın çətin sınaqlarından şərəflə çıxmasından söhbət açıb. Bildirib ki, Ulu Öndər rəhbərlik etdiyi dövr ərzində ölkəmizin gələcək inkişaf strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır. Ulu Öndərin 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi əsaslı şəkildə sürətlənmişdir. Ümummilli Lider ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparmış, ölkədəki qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilmiş, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edilmişdir.
Digər çıxış edənlər bildiriblər ki, müstəqil Azərbaycanın inkişafında Heydər Əliyev siyasəti mühüm yer tutur. Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri müstəqil dövlətin yeni, müasir Konstitusiyasının hazırlanmasıdır.
Tədbirin iştirakçıları daha sonra “Dahi Azərbaycanlı” filmini izləyiblər.
Keçidlər