Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə Ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olunub

10 may 2022 | 11:48
Şəmkirdə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99 illik yubileyi münasibətilə keçirilən tədbirə dahi şəxsiyyətin Şəmkir şəhərindəki abidəsini ziyarət etməklə başlanıldı.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev və müavinləri, icra hakimiyyətinin nümayəndələri, rayonun hüquq mühafizə orqanlarının, YAP-ın Şəmkir rayon təşkilatının rəhbər şəxsləri, rayon sakinləri və ictimaiyyət nümayəndələri Ulu öndərin abidəsi önünə gül dəstələri qoyaraq əziz xatirəsini ehtiramla yad etdilər.
Qeyd edək ki, müasir Azərbaycanın memarı və qurucusu, dünya şöhrətli siyasətçi Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvan şəhərində anadan olub.
Hər il xalqımız tərəfindən Ulu öndərin doğum günü ölkəmizdə geniş qeyd olunur, dahi şəxsiyyətin xalqımız qarşısındakı əvəzsiz xidmətləri bir daha xatırlanır.
Bu münasibətlə Şəmkir rayonunda da silisə tədbirlər keçirilir, görkəmli şəxsiyyətin siyasi irsi öyrənilir və keçdiyi şanlı həyat yoluna nəzər salınır.
Keçidlər