Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı Xan çinarlardan yaşıllıq zolağı salınıb

22 dekabr 2023 | 09:30
Şəmkir Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə RİH başçısı Rəşad Tağıyev və icra hakimiyyətinin kollektivi, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, eyni zamanda könüllülər iştirak ediblər.
Yaşıllıqların artırılmasına, ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Şəmkir Şəhər Mərkəzi Parkında keçirilən ağacəkmə aksiyasında torpaq-iqlim şəraitinə uyğun Xan çinarlardan yaşıllıq zolağı salınıb.
Şəmkir RİH başçısı Rəşad Tağıyev bildirib ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycanın ekoloji problemlərının həllini, unikal təbiət abidələrinin qorunub saxlanmasını daima diqqət mərkəzində saxlamış, ekoloji vəziyyətin yaxşılaşdırılması, ətraf mühitin mühafizəsi, təbii sərvətlərdən səmərəli istifadə məsələlərinə daim xususi qayğı ilə yanaşmışdır.
Rəşad Tağıyev qeyd edib ki, bu gün ağacəkmə tədbirinin keçirilməsində məqsəd də Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, Ümummilli Liderin təbiətə, yaşıllıqlara qayğı ənənələrini davam etdirməkdir.
Məlumat üçün bildiririk ki, Şəmkir Şəhər Mərkəzi Parkında cari ildə əsaslı abadlıq işləri görüldü, sakinlərimizin rahat istirahəti üçün bütün imkanlar yaradıldı.
Eyni zamanda ağacəkma aksiyasının keçirildiyi ərazidə də abadlıq və təmizləmə işləri görülüb, əkilən ağacların suvarılması təmin edilib. Ağacların küləkdən qorunması üçün qoruyucu dirəklər basdırılıb.
Onu da qeyd edək ki, ərazinin nəzarətdə saxlanılması, əkilmiş ağaclara mütəmadi qulluq göstərilməsi üçün müvafiq tədbirlər bundan sonra davam etdiriləcək.
 
 
 
Keçidlər