Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı tədbir kemirilib

08 dekabr 2023 | 15:41
Şəmkir Hərbi Prokurorluğunun təşkilatçılığı ilə DSX-nin Sərhəd Qoşunlarının “Şəmkir“ sərhəd dəstəsinin N saylı hərbi hissəsində Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı tədbir keçirilib.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Tədbirdə çıxış edənlər xalqını zamanın sərt sınaqlarından yüksək məharətlə çıxararaq, hər bir çətin vəziyyətdən ən düzgün çıxış yolu tapan tarixi şəxsiyyət Heydər Əliyevin şərəfli və mənalı ömründən, çoxşaxəli və zəngin fəaliyyətindən, dövlətimizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində misilsiz xidmətlərindən və dünya siyasətinə verdiyi töhfələrdən bəhs ediblər.
Çıxışçılarda, eyni zamanda, Ulu öndər Heydər Əliyevin Azərbaycanın gələcəyinə hesablanmış siyasətini yeni müstəvidə dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 il ərzində ölkəmizdə görülmüş misilsiz işlərdən, həyata keçirilmiş hərtərəfli köklü islahatlardan, bütün sahələrdə qazanılmış uğurlardan danışılıb.
Tədbirlərdə, həmçinin Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılmış tarixi Qələbə xüsusi vurğulanmaqla, Vətən müharibəsindən, eləcə də antiterror tədbirlərindən hüquq-mühafizə orqanları əməkdaşlarının səmərəli fəaliyyətindən bəhs edilib.
Keçidlər