Şəmkirdə " Ulu öndər Heydər Əliyev və Tolerantlıq İdiologiyası" mövzusunda tədbir keçirildi.
02 mart 2023 | 09:22
Şəmkirdə 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması ilə bağlı "Ulu öndər Heydər Əliyev və Tolerantlıq İdeologiysı" mövzusunda tədbir keçirilib.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası (YAP) Şəmkir Rayon Təşkilatının sədri Fəxrəddin Vəliyev ümummilli lider Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyasının mahiyyəti, milli-mənəvi dəyərlərimizin qorunması, multikultural ənənələr, ölkəmizdəki tolerantlıq mühiti barədə ətraflı məlumat verib.
F.Vəliyev bildirib ki, Ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra bütün sahələrdə olduğu kimi, ölkədə gənclərin milli-mənəvi ruhda böyüməsinə, təhsilinə böyük önəm verib, dövlət-din münasibətlərinin tənzimlənməsində, multikulturalizm və tolerantlıq dəyərlərinin bərqərar edilməsində çox böyük işlər görüb.
Tədbirdə çıxış edənlər ölkəmizdə dini və milli-mənəvi dəyərlərin qorunması istiqamətində görülən işlərdən danışıb, qeyd ediblər ki, Ulu Öndərin xalqımızın milli-mənəvi dəyərlərinin qorunması istiqamətində yaratdığı ənənə bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Tədbirdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın multikulturalizmə, tolerantlığa və milli-mənəvi dəyərlərə verdiyi töhfələrdən söhbət açılıb.