Şəmkirdə 𝟐𝟏𝟓 𝟕𝟕𝟎 ton tərəvəz yığılıb
01 avqust 2024 | 09:25
Şəmkir rayonunda kənd təsərrüfatının aparıcı sahələrindən biri də tərəvəzçilikdir. Rayonda istehsal olunan tərəvəz məhsulları özünün yüksək keyfiyyəti ilə seçilir ki, bu da məhsulların xarici bazarlara ixracına zəmin yaradır. Rayon ərazisində 2024-cü ilin məhsulu üçün 6 705 hektar sahədə tərəvəz məhsulları əkilib ki, bu da ötən illə müqayisədə 3.8 faiz çoxdur. Son məlumatlara görə cari ilin yanvar-iyun ayları ərzində tərəvəz əkilmiş sahənin 4 102 hektarından ümumilikdə 215 770 ton tərəvəz yığılmışdır.