Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə Tibb İşçilərinin Peşə Günü qeyd olunub

17 iyun 2023 | 09:40
Şəmkir rayonunda 17 İyun - Tibb İşçilərinin Peşə Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, RİH-in məsul əməkdaşları, Şəmkir Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin rəhbər heyəti və tibb işçiləri iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin Şəmkir şəhərinin mərkəzində ucaldılmış abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub.
Şəmkir Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin akt zalında keçirilən tədbirdə çıxış edən Rəşad Tağıyev bütün tibb işçilərini peşə bayramları münasibətilə təbrik edib, şərəfli və məsuliyyətli işlərində uğurlar arzulayıb.
İcra başçısı bildirib ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin imzaladığı Sərəncamla Tibb İşçilərinin Peşə Bayramı Gününün təsis edilməsi onun həkimlik sənətinə münasibətini, tibb işçilərinin zəhmətinə yüksək dəyər verdiyini göstərir. İndi səhiyyəmizin hər ili, hər ayı irəliləyişlə, yeni-yeni uğurlarla yadda qalır.
Rəşad Tağıyev qeyd edib ki, Ümummilli Liderin bu sahəyə diqqət və qayğısının Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində müasir Azərbaycan səhiyyəsi dünya standartlarına cavab verəcək səviyyədə qurulur, bölgələrdə müasir tibb mərkəzləri açılır, köhnə tibb ocaqları yenidən bərpa olunaraq müasir avadanlıqlarla təmin olunur.
Tədbirin sonunda bir qrup tibb işçisi RİH başçısının Fəxri Fərmanı ilə təltif olunub, hədiyyələr təqdim edilib.
Keçidlər