Şəmkirdə təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib
26 avqust 2026 | 17:50
26 avqust tarixində təhsil işçilərinin ənənəvi sentyabr konfransı Şəmkir rayonunda öz işinə başlayıb.
Konfransda Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, Qazax–Tovuz Regional Təhsil İdarəsinin müdiri Vüqar Dadaşov, Şəmkir rayonu üzrə təhsil sektorunun müdiri Elşən Ələsgərov, sektor əməkdaşları, təhsil müəssisələrinin rəhbərləri və təhsil işçiləri iştirak ediblər.
Konfransda çıxış edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev son illərdə təhsil sahəsində həyata keçirilən islahatlardan, təhsil infrastrukturunun inkişafı və təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlərdən bəhs edib, təhsil işçilərinə yeni tədris ilində uğurlar arzulayıb.
Eyni zamanda çıxışlarda təhsilin keyfiyyətinin yüksəldilməsi, müəllimlərin peşəkar inkişafının dəstəklənməsi, şagirdlərin fərdi ehtiyaclarının nəzərə alınması və məktəb–valideyn əməkdaşlığının gücləndirilməsi istiqamətində qarşıda duran vəzifələr diqqətə çatdırılıb. Həmçinin hər bir təhsil müəssisəsində mövcud problemlərin ayrıca təhlil edilməsinin, ümumi yanaşmadan daha çox, problemin xarakterinə uyğun konkret və səmərəli həll yollarının müəyyənləşdirilməsinin vacibliyi vurğulanıb.
Qeyd edək ki, konfrans iki gün davam edəcək. Konfransın ikinci günündə ayrı-ayrı fənlər üzrə panel müzakirələrinin keçirilməsi nəzərdə tutulub.






