Şəmkirdə tədbir keçirilib
24 aprel 2024 | 14:29
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Şəmkir şəhər Məhəmməd Füzuli adına tam orta məktəb-liseydə 23 Aprel – Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü və dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin, Qazax-Tovuz Regional Təhsil İdarəsinin, Şəmkir Təhsil Sektorunun rəhbər heyəti, Şəmkir rayonunda fəaliyyət göstərən məktəblər və məktəbəqədər təhsil müəsissələrinin şagirdləri iştirak ediblər.
İlk öncə şagirdlərin yaradıcı təfəkkürün məhsulu olan əl işlərindən ibarət sərgilərə baxış keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət himni ilə açıq elan olunub, şəhidlərin əziz xatirəsi yad edilib.
Tədbirin bədii hissəsində şagirdlər kitablardan və kitab oxumağın faydalarından danışıb, eyni zaman Məhəmməd Füzulinin əsərlərini canlandırıblar.