Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi” mövzusu müzakirə olundu.

13 iyun 2023 | 15:09
Şəmkir rayonunda Şəmkir Rayon İcra Hakimiyyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyinin məsul əməkdaşlarının, yerli icra nümayəndələri və bələdiyyə sədrlərinin iştiarkı ilə “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi” mövzusunda tədbir keçirilib.
Tədbir iştirakçıları tərəfindən son illərdə su ehtiyatlarından səmərəli istifadə, əhalinin içməli su ilə təminatı istiqamətində görülmüş işlər barədə məlumatlar verilib və bu sahədə qarşıda duran məsələlər barədə müzakirələr aparılıb.
Bildirilib ki, Azərbaycanın su ehtiyatlarının məhdud olması və onun əsas hissəsinin ölkə hüdudlarından kənarda formalaşdığını nəzərə alaraq, su ehtiyatlarından səmərəli istifadə üçün əhali arasında maarifləndirmə tədbirləri görülməli, bu istiqamətdə işlər aparılmalıdır.
Şəmkir RİH başçısının birinci müavini Süleyman Zeynallı və digər çıxış edənlər iclasda su ehtiyatlardan səmərəli istifadə sahəsində mövcud problemlərin aradan qaldırılması məqsədilə qarşılıqlı əməkdaşlığın gücləndirilməsndən danışıb və ictimaiyyətin bu sahədə aktiv rolunun, əhali arasında maarifləndirmə işlərinin aparılmasının vacibliyi vurğulayıblar.
Keçidlər