Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbir keçirilib

28 iyun 2024 | 10:15
Şəmkir Rayon İcra Hakimiyyəti və Şəmkir Mədəniyyət Sektorunun təşkilatçılığı ilə N saylı hərbi hissədə 26 iyun-Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər bildirib ki, milli ordumuzun inkişaf tarixi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan verdi, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratdı. Müstəqil Azərbaycanda ordu quruculuğu prosesi isə Prezident İlham Əliyevin hakimiyyəti dövründə tamamilə yeni mərhələyə qədəm qoydu.
Tədbirdə çıxış edənlər Ulu Öndər Heydər Əliyevin və Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycan Silahlı qüvvələrinin bugünki gücündən, qüdrətindən danışıb, ordumuzla qürur duyduqlarını bildiriblər.
Tədbirdə Şəmkir Mədəniyyət Sektorunun bədii kollektivi tərəfindən hərbçilər üçün musiqilər səsləndirilib, bayram günü qeyd olunub.
Keçidlər